18 mart 2025, çərşənbə axşamı Bakı, 12°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

18-03-2025
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə işgüzar səfər edib.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-İsrail iqtisadi əməkdaşlığının inkişafına dair bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Qəbul zamanı Azərbaycan və İsrail xalqları arasında tarixi və mədəni əlaqələr vurğulanıb, dövlət başçılarının təşəbbüsləri sayəsində münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğu diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı əlaqələrin istiqamətləri və iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Həmçinin ölkəmizin Mərkəzi Asiyaya çıxış nöqtəsi kimi dəyərləndirilməsi, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafı perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

İsrailin energetika və infrastruktur naziri Eli Kohenlə görüşdə enerji sahəsində səmərəli qarşılıqlı münasibətlərin qurulduğu, bu istiqamətdə işbirliyinin gücləndirilməsi məqsədilə işlərin davam etdirildiyi qeyd edilib, iqtisadi tərəfdaşlığın inkişafı imkanları diqqətə çatdırılıb. Azərbaycanın İsrailin enerji təhlükəsizliyində rolu, bu ölkənin qaz yataqlarının istismarında SOCAR-ın təcrübəsindən istifadənin önəmi qeyd olunub. Görüş zamanı iqtisadi sferada əhəmiyyətli təşəbbüs və layihələr, enerji gündəliyinin prioritet istiqamətləri dəyərləndirilib.

İsrailə səfər çərçivəsində bu ölkənin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, İsrailin enerji və infrastruktur naziri Eli Koen və digər rəsmi şəxslər iştirak ediblər. Bu, SOCAR-ın Azərbaycandan kənarda ilk kəşfiyyat layihəsidir. Lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir.

İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkatla görüşdə ölkələrimizin iqtisadi işbirliyinin genişləndiyi vurğulanıb. Azərbaycanda əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkələrimizin investisiya işbirliyinin prioritetləri, sənaye zonaları çərçivəsində tərəfdaşlıq, biznes nümayəndələrinin işgüzar əlaqələri, rəqəmsal inkişaf üzrə təcrübə mübadiləsi və s. məsələlər nəzərdən keçirilib.

Səfərdə, həmçinin SOCAR və “Union Energy” şirkəti tərəfindən Eksklüziv İqtisadi Zonasında birgə kəşfiyyat işlərinin aparılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Union Energy” şirkətinin icraçı direktoru Oded Nagar imzalayıblar. Vurğulanıb ki, sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan verəcək.

İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşdə İsraillə strateji müttəfiqlik, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, iqtisadi-ticarət əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Zeev Elkinlə görüşdə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdiyi bildirilib. Tərəflər qarşılıqlı biznes və ticarət əlaqələrinin dəstəklənməsi barədə fikirlərini bölüşüb, Hökumətlərarası Komissiyanın fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirə aparıblar.

Paylaş: