Hondurasda təyyarənin qəzaya uğraması nəticəsində azı 6 nəfər həlak olub
Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə “La Prensa” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Lanhsa Hava Yollarına məxsus olan təyyarə Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından havaya qalxdıqdan az sonra dənizə düşüb.
İlkin məlumatlara görə, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.
Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir. Məlumata görə hadisə 33 sərnişin üçün nəzərdə tutulmuş “Jetstream 41” təyyarəsinin uçuş zamanı mexaniki nasazlıq keçirməsi nəticəsində baş verib.
Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb.
Böyük Britaniyada audiokitabların...
Qazaxıstanda uşaq mərkəzində infeksiya:...
Çilidə dünyanın ən böyük rəqəmsal...
Çin alimləri xərçəngin müalicəsində...
Britaniya döyüşünün sonuncu sağ qalan...