AQTA: İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.
Uyğunsuzluq aşkarlanan məhsullarla linki vasitəsilə tanış olmaq mümkündür.
Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.
ANAMA-da Bosniya və Herseqovinanın...
Milli Məclisin deputatları Ədliyyə...
Prezident İlham Əliyev Dövlət Miqrasiya...
Dənizkənarı Milli Parkda “Battle 4...
Bakıda və Abşeron yarımadasında 32...