18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Suverenlik, süni intellekt və müasir şüur problemi - beynəlxalq konfrans

18-03-2025
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Suverenlik, süni intellekt və müasir şüur problemi” mövzusunda beynəlxalq konfrans keçirilib.

İnstitutdan verilən məlumata görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin “Konstitusiya və Suverenlik İli”nə həsr edildiyini və 27 Mart – Elm Günü ərəfəsində keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. AMEA-nın yaranma tarixi barədə konfrans iştirakçılarına məlumat verən akademik İsa Həbibbəyli 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə ölkəmizdə elmin təşkilatlanmasının ilk təməllərinin atıldığını bildirib.

Akademik İsa Həbibbəyli 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyasının təsis olunduğunu, 15 nəfərdən ibarət ilk təsisçilərinin müəyyənləşdirildiyini söyləyib. 1945-ci il martın 31-də ilk Ümumi yığıncağın keçirildiyini və iclasda Akademiyanın prezidentinin, vitse-prezidentlərinin, akademik-katibinin seçildiyini, Rəyasət Heyətinin 5 nəfərdən ibarət ilk tərkibinin formalaşdırıldığını diqqətə çatdırıb.

Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə respublikada bütün sahələrdə olduğu kimi, elm sahəsində də mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan akademik İsa Həbibbəyli bu dövrün Akademiyanın tarixində intibah mərhələsi kimi qiymətləndirildiyini, Azərbaycan Elmlər Akademiyasının SSRİ-nin “Xalqlar dostluğu” ordeninə layiq görüldüyünü vurğulayıb. İntibah dövrünün 1982-ci ilə qədər davam etdiyini bildirən AMEA rəhbəri qeyd edib ki, 1983-1993-cü illər Akademiyanın tarixində tənəzzül, böhran mərhələsi kimi xarakterizə olunur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə Akademiyanın da yeniləşmə və təşkilatlanma dövrünə qədəm qoyduğunu deyən natiq bildirib ki, Ümummilli Liderin Sərəncamı ilə 2001-ci ildə “Milli” statusunun verilməsi ilə Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyasına çevrilib.

2003-2022-ci illərdə isə AMEA-nın modernləşdirmə dövrünü yaşadığını bildirən akademik İsa Həbibbəyli dövlət başçısının diqqət və qayğısı nəticəsində AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradıldığını, Milli Ensiklopediya Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın yeni binasının istifadəyə verildiyini söyləyib.

“2022-ci ildən etibarən isə AMEA yeniləşmə və islahatlar dövrünə qədəm qoyub. Akademiyada dövlət başçısının çağırışlarını, Azərbaycan dövlətinin prioritetlərini və müasir dünya elmində gedən tendensiyaları nəzərə alaraq, daxili imkanlar hesabına, mövcud ştatlar əsasında 50-yə yaxın yeni şöbə yaradılıb. Bunlar sırasında Prezident İlham Əliyevin prioritet olaraq müəyyənləşdirdiyi Qərbi Azərbaycan, Türk dünyası, rəqəmsal texnologiyalar və süni intellektlə bağlı şöbələr də var”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə bütün sahələrdə olduğu kimi, fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb: “Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz. Demək olar ki, bütün sahələrdə süni intellektin xidmətlərindən istifadə olunur. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə biz alimlər də öz işlərimizi inkişaf etdirmək üçün süni intellektdən faydalanırıq”.

O, insanların süni intellektdən hansı formada faydalanması, bunun nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlərin, xüsusilə filosofların geniş elmi təhlillər apararaq müəyyən elmi nəticələr ortaya qoymasının zəruriliyini vurğulayıb.

Konfransda “Türkiyə və Azərbaycanda egemenlik, kimlik və bilincin qısa analizi”, “Suverenlik: politoloji və estetik aspektləri arasında fluktasiyalar”, “Milli şüurun müasir şüurla uzlaşmasında problemlər və həll yolları”, “Diplomatik əlaqələrin inkişafında mədəni şüur amili”, “Müasir dövrdə identiklik problemi” mövzularında məruzələr dinlənilib.

Paylaş: