Ölkə ərazisində qəzalı binalara dair müşavirə keçirilib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.
Milli Məclisdə 14 məsələ müzakirə olunub...
Ruben Vardanyanın məhkəməsində on...
Mərkəzi Seçki Komissiyasının iclası...
Ölkə ərazisində qəzalı binalara dair...
XİN: Ermənistan Baş nazirinin ofisinin...