Misirdə 3500 ildən çox yaşı olan kral məzarı tapılıb
Misirin Turizm və Qədim Əsərlər Nazirliyi 3500 ildən çox keçmişə aid kral məzarının aşkar edildiyini açıqlayıb.Nazirlikdən verilən açıqlamada, Pensilvaniya Universitetinin arxeoloji qrupunun cənubda Abydosdakı Cebel Anubis nekropolunda İkinci Ara Dövrə aid bir kral məzarı aşkar etdiyi bildirilib.
Qədim Əsərlər Ali Şurasına bağlı digər arxeoloji qrup isə cənubdakı Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası aşkar edib. "Abidosda kral məzarının tapılması Cebel Anubis nekropolunda kral məzarları ilə bağlı yeni elmi dəlillər təqdim edir. Bu qəbirlər eramızdan əvvəl 1700-1600-cü illərə aiddir", - deyə arxeoloqlar bildirib.
Bənəvitdəki dulusçuluq emalatxanası isə qədim zamanlarda Doqquzuncu bölgəni dulusçuluq və şüşə ilə təmin edən ən böyük istehsal mərkəzlərindən biri olub.
İtaliyada qar uçqunu nəticəsində iki...
Cakartada Holi Festivalı...
Böyük Britaniyada qatar stansiyasındakı...
Zəlzələlərdən sonra həddindən artıq...
MDB parlamentariləri radioaktiv...