Özbəkistan nümayəndə heyəti Qida Təhlükəsizliyi Agentliyində olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AQTA-ya Agentliyin İnformasiya təminatı və innovativ həllər idarəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Özbəkistan nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib.
Görüşdə daha sonra 23 sentyabr 2024-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair 2025-2026-cı illər üzrə Fəaliyyət Planı”nın icrası üzrə danışıqlar aparılıb. Pestisidlərin qeydiyyatı sistemi, həmçinin Agentlik tərəfindən bu sahədə görülən tədbirlər nümayiş olunub. Növbəti aylarda “Elektron fitosanitar sertifikatlarının qarşılıqlı tanınması haqqında” sazişin imzalanması barədə razılıq əldə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qonaqlara, həmçinin agentliyin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti...
Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət...
Leyla Əliyeva Qubada şəhid övladları ilə...
ANAMA-da Bosniya və Herseqovinanın...
Milli Məclisin deputatları Ədliyyə...