17 mart 2025, bazar ertəsi Bakı, 19°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar

16-03-2025
IMG

Azərbaycan universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi ilə bağlı Türkiyəyə səfəri ilə bağlı layihənin açılış mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycan Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə ərsəyə gələn layihənin açılış mərasimi Türkiyənin Bursa şəhərində baş tutub.

Tədbirdə KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov, ölkəmizin İstanbuldakı Baş konsulluğunun vitse-konsulu Murad Balacayev, GUHEM-in baş direktoru Halit Mirahmetoğlu, SABAH qrupları İcra Komitəsinin rəhbəri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədova, “Azərkosmos”un insan resurslarının idarə edilməsi və sənədləşmə departamentinin direktoru İnarə İbrahimxəlilova, GUHEM-in İdarə Heyətinin sədri İbrahim Burkay və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, layihənin əsas məqsədi Azərbaycanda gənclərin kosmos, aerokosmos, süni intellekt və aviasiya istiqamətləri də daxil olmaqla, digər texnoloji sahələrdə nəzəri və praktiki biliklərini artırmaq, həmçinin beynəlxalq təcrübə mübadiləsini keçirərək, onların sözügedən sahələrdə gələcəyin güclü mütəxəssisləri kimi inkişaf etmələrinə dəstək olmaq, bununla da Azərbaycanda peşəkar kadrların və insan kapitalının inkişafına dəstək göstərmək, ölkəmizin regional və qlobal miqyasda sahə üzrə inkişafına dəstək verməkdir.

Milli Aviasiya Akademiyasının sektor müdiri Rabil Mürsəlov akademiyanın fəaliyyəti ilə bağlı məlumat verib.

Sonra heyətimiz ilə görüşən Türkiyənin ilk astronavtı Alper Gezeravcı geniş auditoriyaya sahə ilə bağlı mühazirə ilə çıxış edib.

Açılışdan sonra tələbələrimiz və gənc alimlərimizin mərkəzin aviasiya və astronavt proqramı ilə təcrübə mübadilələri başlayıb.

Səfər sabahdan etibarən praktik tədbirlərlə davam etdiriləcək ki, bunlara da simulyatorlar və simulyasiya əsaslı kritik hallarda yanaşmalar da daxildir.

Xatırladaq ki, təcrübə mübadiləsinə ölkəmizin 14 universitetini təmsil edən tələbə, gənc alimlər daxildir. “Azərkosmos” və “Zəfər” təşkilatının əməkdaşlığı ilə layihəyə üç şəhid və qazi övladı da cəlb edilib.

Martın 19-dək davam edəcək səfər çərçivəsində tələbələr, Bursadan sonra Ankaradakı Türkiyə Aerokosmik Agentliyi, TürkSat şirkəti, Müdafiə Texnologiyaları, Mühəndislik və Ticarət (STM) şirkəti, HAVELSAN, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TUBİTAK), PLAN-S Peyk və Aerokosmik Texnologiyalar mərkəzi, Orta Doğu Texniki Universiteti, İstanbulda isə Türkiyənin müdafiə sənayesi liderlərindən “Baykar” şirkəti, Türk Aerokosmik Sənayesi -TUSAŞ, İstanbul Texnopark, Bilişim Vadisi - Texnologiya İnkişaf Zonası kimi sahə üzrə bir sıra mərkəzlərində nəzəri və praktiki təcrübə mübadiləsi keçəcəklər.

Paylaş: