Müsəlmanlar 2030-cu ildə Ramazanı iki dəfə qarşılayacaqlar
İlk Ramazan 2030-cu il yanvarın 5-də başlayıb eyni ildə başa çatacağı halda, ikincisi 26 dekabr 2030-cu ildə başlayıb 2031-ci ildə başa çatacaq.
Astronom Hümeyra Nur İşlek Miladi təqvimin günəşin hərəkətlərinə, hicri təqviminin isə ayın hərəkətlərinə görə hesablandığını, iki təqvim arasında 10-11 gün fərq olduğunu xatırladıb.
Qısa hicri ilinin Miladi il içərisində keçdiyini izah edən İşlek "Biz bunu təcrübə ilə görürük. Ramazan ayı həm yay, həm də qış aylarına təsadüf edə bilər. Hicri təqvim bütün fəsillərdə fırlanır"- deyib.
Qəməri ayların başlanğıcını ayın hərəkətlərinə görə hesabladıqlarını bildirən alim dini günlərin, gecələrin və bayramların bu hesaba görə təyin olunduğunu bildirib. Miladi təqvimlə Hicri təqvimi arasında 10-11 gün fərq olduğu üçün Ramazan ayı 2030-cu il yanvarın 5-də başlayacaq və 30 gün oruc tutulacaq. Həmin ildə Ramazan ayı dekabrın 26-da yenidən başlayacaq və ilin sonunda daha 5 gün oruc tutulacaq. Beləliklə, 2030-cu ildə 35 gün oruc tutulacaq.
Əslində 1900, 1932, 1964 və 1997-ci illərdə Ramazan ayının iki başlanğıcı olub. Bunlar yanvar və dekabr aylarında olub. Bu,32-33 ildə bir təkrarlanan hadisədir.
İtaliyada qar uçqunu nəticəsində iki...
Cakartada Holi Festivalı...
Böyük Britaniyada qatar stansiyasındakı...
Zəlzələlərdən sonra həddindən artıq...
MDB parlamentariləri radioaktiv...