İndoneziyada 6 bal gücündə zəlzələ baş verib
İndoneziyanın seysmik cəhətdən ən aktiv bölgələrindən biri olan Seram adasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi zəlzələnin episentrinin Seram adasının sahillərində olduğunu açıqlayıb.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin maqnitudasının 6 bal olduğu bildirilib. İlkin araşdırmalara görə, zəlzələdə can və ya mal itkisinin,eləcə də sunami riskinin olmadığı açıqlanıb.
Qeyd edək ki, Sakit Okeanın Atəş Halqasında yerləşən İndoneziyada 130 aktiv vulkan var və dünyanın ən aktiv zəlzələ zonalarından birindədir.
Böyük Britaniyada audiokitabların...
Qazaxıstanda uşaq mərkəzində infeksiya:...
Çilidə dünyanın ən böyük rəqəmsal...
Çin alimləri xərçəngin müalicəsində...
Britaniya döyüşünün sonuncu sağ qalan...