18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

18-03-2025
IMG

Uşaq və yeniyetmələrin kitab oxumamasından narahat olan təhsil üzrə britaniyalı ekspertlər audio formata üstünlük verilməsini təklif edirlər. Hökumət bu təklifi nəzərə ala bilər.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, son illər bir çox dünya ölkələrində olduğu kimi, Böyük Britaniyada da narahatedici tendensiya müşahidə olunur. Belə ki, uşaq və yeniyetmələr günü-gündən daha az bədii kitab oxuyurlar.

Milli Savad Fondunun (NLT) 37 min Britaniya məktəblisi arasında keçirdiyi sorğu göstərib ki, uşaqların yalnız 34.6 faizi asudə vaxtlarında kitab oxuyur.

Bununla yanaşı audiokontentlərə olan maraq artır. Həmin “NLT” sorğusuna görə, uşaq və yeniyetmələrin 42,3 faizi audiokitab və podkast dinləməyi sevir.

Bu səbəbdən ekspertlər və xeyriyyə təşkilatları audiokitabların yeni məktəb proqramına daxil edilməsini tövsiyə edirlər. Onların fikrincə, belə bir addım gənclərin mütaliəyə marağını yenidən oyatmağa və onların savadının artmasına kömək edə bilər.

“NLT”nin icraçı direktoru Conatan Duqlas qeyd edib ki, audiokontent yeni nəsil oxucuların tərbiyəsində və mütaliə böhranının aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Lakin bu yanaşma ilə bütün mütəxəssislər razı deyil. London Universitet Kollecinin ingilis dili üzrə professoru Con Mullan hesab edir ki, audiokitablar ənənəvi çap nəşrlərini tam əvəz edə bilməz. O vurğulayır ki, oxumaq və dinləmək fərqli proseslərdir, belə ki, ikincidən fərqli olaraq, birincisi aktiv iştirak və təsəvvür gücü tələb edir. Mullan qeyd edir ki, audiokontent faydalı ola bilər, lakin çap nəşrlərini tam əvəz edə bilməz.

Böyük Britaniya hökuməti yaxın vaxtlarda məktəb proqramında ediləcək dəyişikliklər barədə ara hesabat yayımlamağı planlaşdırır. Gözlənilir ki, bu hesabatda audiokontentin tədris prosesinə daxil edilməsi məsələsinə də toxunulacaq. Böyük Britaniya Təhsil Nazirliyinin nümayəndəsi “The Guardian”a müsahibəsində bildirib ki, artıq uzun müddətdir müəllimlərə şagirdləri müxtəlif yollarla ədəbiyyatla tanış etmək çağırışı edilir. Bu baxımdan, audiokitabların dinlənilməsi ədəbiyyatla təmasda olmağın əlavə bir üsulu ola bilər.

Paylaş: