Braziliyada yarasalarda yeni növ koronavirus aşkarlanıb
Alimlər Braziliyada yarasalarda “MERS-CoV (Yaxın Şərq Tənəffüs Sindromu Koronavirusu)” ilə oxşar xüsusiyyətlərə malik yeni növ koronavirus aşkar ediblər.
Tədqiqatçılar Honq-Konq Universitetinin həmkarları ilə apardıqları araşdırmanın bir hissəsi olaraq 16 müxtəlif yarasa növündən götürülmüş 423 ağız və rektal tampon nümunəsini araşdırıblar.
Araşdırmada Braziliyanın şimal-şərqindəki Fortaleza şəhərindən gətirilən yarasalardan götürülmüş tampon nümunələrində yeni növ koronavirus aşkar edilib.
Qeyd olunub ki, yeni aşkarlanan virus insanlar və dəvələrdə olan “MERS-CoV” ştammlarına bənzəyir, lakin onun insanlar üçün riskləri hələ müəyyən edilməyib.Yeni koronavirusun gen ardıcıllığı təxminən 72 faiz “MERS-CoV” genomuna, onun ev sahibi hüceyrələrə bağlanmaq üçün istifadə etdiyi zülal isə “MERS-CoV” genomuna 71,74 faiz oxşardır. Yarasaların yeni yaranan viruslar üçün anbar olduğu və koronavirusların xalq sağlamlığı üçün yaratdığı riskləri aşkar etmək üçün onların daim nəzarətdə saxlanmalı olduğu vurğulanıb.
Alimlər yeni virusun insanlar üçün yaratdığı riskləri müəyyən etmək məqsədilə Honq-Konqdakı yüksək təhlükəsizlik laboratoriyalarında daha çox təcrübə keçirməyi planlaşdırırlar.
Böyük Britaniyada audiokitabların...
Qazaxıstanda uşaq mərkəzində infeksiya:...
Çilidə dünyanın ən böyük rəqəmsal...
Çin alimləri xərçəngin müalicəsində...
Britaniya döyüşünün sonuncu sağ qalan...