Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 51 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.
Nazir yaralıların Stip və paytaxt Skopyedəki xəstəxanalara yerləşdirildiklərini qeyd edib. O, yanğının gecə saatlarında klubda konsert zamanı pirotexniki vasitələrdən istifadə edilərkən baş verdiyini, konsertin təşkilatçılarının həbs olunduğunu bildirib.
Region ölkələrinin rəsmiləri faciə ilə bağlı Şimali Makedoniya hökumətinə başsağlığı veriblər. Serbiya Şimali Makedoniyaya bütün lazımi dəstək və hərtərəfli yardım təklif edib.
Yanğın zamanı məkanda azı 1500 nəfərin olduğu bildirilib.
Monqolustanda Çinin Han sülaləsi dövrünə...
Çində genetik kodu dəyişdirilmiş donuz...
Tədqiqat qrupu: Anadangəlmə ürək...
Doqquz aydan çox kosmosda qalan NASA...
FAO quş qripi virusunun sürətlə...