Avropa Kuboku: Azərbaycan cüdoçularının qazandıqları medalların sayı 3-ə çatıb
Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda Azərbaycan millisi daha 2 medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 40 kiloqram çəki dərəcəsində mübarizə aparan Mədinə Hüseynova və 44 kiloqramda qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc mükafata yiyələniblər.
Bununla da cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kiloqram) yarışd fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Avropa Kubokunda Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.
Azərbaycanın yeniyetmə taekvondoçuları...
Egey dənizində 4,1 bal gücündə zəlzələ...
Avarçəkmə üzrə Azərbaycan birinciliyinə...
Avropa Kuboku: Azərbaycan cüdoçularının...
Boksçularımız beynəlxalq turnirdə 1...