18 mart 2025, çərşənbə axşamı Bakı, 12°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

17-03-2025
IMG

Mayın 23-də Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun təşkilatçılığı ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək.

İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, konfransın məqsədi rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, tibbi biliklərə əlçatanlığın artırılması, pasiyentlərin məmnunluğunun təmin edilməsi, əsaslandırılmış həkim qərarlarının qəbulu prosesində meydana gələn bir çox məsələlərin elmi müstəvidə həlli zərurətinə diqqətin artırılması, Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə infrastrukturunun konseptual və arxitektur-texnoloji əsaslarının formalaşdırılması istiqamətində mövcud olan problemlərin, imkanların və perspektivlərin müzakirəsi üçün intellektual dialoq platformasının təşkilindən ibarətdir.

Konfransın əsas istiqamətləri

-Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə və tibb infrastrukturunun formalaşmasının elmi-texnoloji problemləri;

-Səhiyyənin təşkili, müalicə və diaqnostika prosesində süni intellekt texnologiyalarının tətbiqi məsələləri;

-Ölkə miqyasında fasiləsiz generasiya olunan böyük həcmli tibbi verilənlərin toplanması, intellektual emalı, etibarlı saxlanması, təşkili və idarə olunması problemləri;

-Səhiyyə və tibb fəaliyyəti prosesində toplanan fərdi məlumatların kibertəhlükəsizliyinin təmin olunması problemləri;

-Rəqəmsal transformasiyalar şəraitində ölkədə səhiyyə və tibb fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və inkişafı məsələləri;

-Tibbi informatika və biotibbi mühəndislik sahəsində kadr hazırlığı problemləri.

Məruzələrin tərtibatına dair tələblər:

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktik problemlərə həsr olunmuş elmi məruzələr qəbul olunur. Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) az olmamalıdır.

Məruzə elektron şəkildə [email protected]  ünvanına göndərilməlidir. Problemin aktuallığı, məsələnin qoyuluşu, həlli yolları və əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır. Məruzənin formatı IEEE standartına uyğun olmalıdır (Nümunə: Sample_IEEE (eng).doc, Sample_IEEE (aze).doc)

Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır.

Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir. Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Mühüm tarixlər:

20 aprel - Məruzələrin təqdim edilməsi üçün son tarix

30 aprel - Məruzələrin elmi ekspertizasının nəticəsi haqqında müəlliflərin məlumatlandırılması tarixi

23 may - Konfransın iş günü

Əlaqə məlumatları:

Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9.

ETN İnformasiya Texnologiyaları İnstitutu

Tel: (+994 12) 539-97-39; 537-22-97

E-poçt: [email protected] 

Paylaş: