Zəngilan rayonunun Ağalı kəndində İlaxır çərşənbəsi qeyd olunub
Zəngilan rayonun Ağalı kəndində Novruz bayramı və İlaxır çərşənbəsi münasibətilə musiqili-əyləncəli konsert təşkil olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, konsertdə mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif musiqilər səsləndirilib. Həmçinin Novruz personajları Kosa, Keçəl, Bahar qızının iştirakı ilə uşaqlar üçün əyləncəli proqram təşkil edilib.
Sonda kənd sakinləri qonaqlarla bərabər tonqal ətrafında yallı gediblər. Birlik və bərabərlik rəmzi olan yallıdan sonra bayram şənliyi evlərdə, ailə ortamında davam edib.
Xankəndində Zəfər meydanında Novruz...
Zəngilan rayonunun Ağalı kəndində İlaxır...
Qarabağ Universitetində İlaxır çərşənbə...
Heydər Əliyev Fondunun vitse-prezidenti...
Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət...