Lidiya zadəganlarının dəfn olunduğu “Bintəpələr”in rəngarəng görüntüsü diqqət çəkib
Manisanın Salihli rayonunda "Anadolu piramidaları" kimi tanınan "Lidiya tümülü"nün ətrafı yazın gəlişi ilə çöl çiçəklərinə bürünüb.
Salihli, Əhmədli və Gölmarmara rayonları arasında "Bintəpələr" kimi tanınan bölgədə eramızdan əvvəl 6-7-ci əsrlərə aid olan dövrdə Lidiya zadəganları və kral ailəsi üzvlərinin dəfn olunduğu irili-xırdalı 115 kurqan var.
Görünüşü ilə yanaşı, tarixi əhəmiyyəti ilə də diqqət çəkən bölgə çoxsayda ziyarətçiyə ev sahibliyi edir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan "Bintepelər" yazın gəlişi ilə təbii gözəlliyini nümayiş etdirməyə başlayıb. Tümulun ətrafında açan müxtəlif rəngli güllər ərazini rəngləndirib.
Böyük Britaniyada audiokitabların...
Qazaxıstanda uşaq mərkəzində infeksiya:...
Çilidə dünyanın ən böyük rəqəmsal...
Çin alimləri xərçəngin müalicəsində...
Britaniya döyüşünün sonuncu sağ qalan...