“Karyerada Biz Forumu-2025” yekunlaşıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Karyerada Biz Forumu” keçirilib.
Fhnews.az xəbər verir ki, 300-dən çox gəncin iştirakı ilə Azərbaycan Texniki Universitetində reallaşan forumda gənclər təşkilatlarının və müxtəlif qurumların stendləri yer alıb. Burada iştirakçılar karyera imkanları, aktiv vakansiya elanları və gəncyönümlü layihələr barədə ətraflı məlumat əldə ediblər.
Forum zamanı aktiv olan gənclər isə iştiraklarını təsdiq edən sertifikatla yanaşı, sponsorlar tərəfindən hazırlanmış möhtəşəm hədiyyələr qazanıblar.
Forumda gənclərə bir-birindən faydalı təlim paketləri, promo məhsullar, endirim kuponları və s. kimi maraqlı hədiyyələr təqdim edilib.
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 2024-cü ildə “Karyerada Biz Forumu-2024” layihəsini həyata keçirib və bu layihə gənclərin marağına səbəb olub. Bu səbəbdən birlik tərəfindən davamlı olaraq gənclərin maarifləndirilməsi üçün çoxsaylı forumlar, layihələr, düşərgələr həyata keçirilir.
Azərbaycanda əhalinin sayı açıqlanıb...
Yanvarda 4700-dən çox cütlük nikaha...
Bakıda hərbi sursatlar aşkar edilib...
ANAMA: Ötən həftə 1651,1 hektar ərazi...
Bayram günlərində “ASAN xidmət”in iş...