Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının növbədənkənar iclası keçirilib
Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) “Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər: nailiyyətlər, problemlər və gələcəyə baxış”mövzusuna həsr olunan növbədənkənar geniş iclası keçirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Tədbirdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Qlobal Fondun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
İclasda çıxış edən səhiyyə naziri, Ölkə Əlaqələndirmə Komissiyasının sədri Teymur Musayev vərəmlə mübarizənin qlobal məsələ olduğunu bildirib. Teymur Musayev qeyd edib ki, “Vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci ildə qəbul olunub. Həmçinin 2023-cü ildə Səhiyyə Nazirliyinin dəvəti ilə tanınmış beynəlxalq ekspertlər tərəfindən Azərbaycanda vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin aparılması diqqətə çatdırılıb.
Tədbirin mahiyyətini vurğulayan səhiyyə naziri bildirib ki, ölkədə vərəmlə mübarizə sahəsində həyata keçirilən addımlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eyni zamanda, qlobal və regional çağırışlar nəzərə alınaraq, gələcək strategiyalar iclasın nəticəsi kimi müəyyən ediləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxışlarında vərəmə qarşı aparılan profilaktik tədbirlərin, dərmana davamlı vərəmlə mübarizənin, infeksiyanın erkən aşkarlanması və müasir müalicə üsullarının, risk qrupları arasında maarifləndirmə işlərinin və qlobal təcrübələrin ölkəmizdə tətbiqinin vacibliyini vurğulayıblar.
İclasda Səhiyyə Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın “Azərbaycanda vərəmlə bağlı cari vəziyyət”, TƏBİB-in Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanovun “Vərəmlə mübarizə sahəsində TƏBİB-in gördüyü işlər”, ÜST-nin Avropa Regional Bürosunun vərəm üzrə regional meneceri Askar Yedilbayevin “Vərəmlə mübarizə sahəsində ÜST Avropa regionunda olan cari vəziyyət” mövzularında təqdimatları, həmçinin səhiyyə siyasəti və islahatları sahəsində ÜST-nin beynəlxalq eksperti Akaki Zoidzenin “Azərbaycanda vərəmlə mübarizə fəaliyyətinin qiymətləndirilməsinin hesabatı” dinlənilib.
Tədbirin sonunda müvafiq tövsiyələr qəbul edilib və gələcək fəaliyyət planı müəyyənləşdirilib. Qərara alınıb ki, Milli Vərəm Proqramının (MVP) idarəçiliyi və təkmilləşdirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılsın. Eyni zamanda, vərəmlə mübarizədə iştirak edən digər əsas maraqlı tərəflərlə əlaqələndirmə ilə bağlı Azərbaycanda vərəmə nəzarətin idarə edilməsi və əlaqələndirilməsi üzrə mövcud mexanizmlərin qiymətləndirilməsi tövsiyə olunub.
İclasda vərəmli xəstələrə yardımın göstərilməsi sahəsində sistem miqyasında əldə olunan nailiyyətlər və əməliyyat çətinlikləri haqqında dəyərli məlumatlar verilib. Eyni zamanda, vərəmlə mübarizə xidmətlərinin ilkin səhiyyə sistemi ilə əlaqələndirilməsinin və inteqrasiyasının təkmilləşdirilməsinin məqsədəuyğunluğu nəzərdən keçirilib. Səhiyyə Nazirliyinin vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi və əhalinin sağlamlığının yaxşılaşdırılması üzrə strateji prioritetləri müəyyən edilib.
Təqdimatlardan sonra iclasın nəticələrinin yekun xülasəsi ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, tədbirdə səsləndirilən fikir və təkliflər vərəmlə mübarizədə gələcək fəaliyyətlərdə öz töhfəsini verəcək.
Qeyd edək ki, Vərəmlə Mübarizə üzrə Çoxsahəli Əməkdaşlıq və Hesabatlılıq Mexanizminin yaradılması nəzərdə tutulub. Belə ki, Əməkdaşlıq və Hesabatlılıq Mexanizmində BMT-nin 2030-cu ilə qədər vərəmə son qoyulması üzrə Yüksək Səviyyəli İclasının Bəyannaməsində müəyyən edilən məqsədlərin və meyarların həyata keçirilməsini dəstəkləmək məqsədilə 2026-2030-cu illəri əhatə edən vərəmə son qoymaq üçün Milli Strateji Planın və 2026-2027-ci illər üçün nəzərdə tutulan əməliyyat planının hazırlaması nəzərdə tutulub. Həmçinin sənəd 2026-2030-cu illər üçün Vərəmlə Mübarizə üzrə Milli Strateji Planın qəbulundan əvvəl və sonra vərəmə cavab vermək üçün səhiyyə sektorunda və ondan kənarda idarələrarası fəaliyyət üçün ümumi əlaqələndirmə çərçivəsinin təmin edilməsi, habelə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Milli Vərəm Proqramı (MVP) üzrə əlaqələndirici orqan kimi rolunun müəyyən edilməsi kimi məsələləri özündə ehtiva edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti...
Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət...
Leyla Əliyeva Qubada şəhid övladları ilə...
ANAMA-da Bosniya və Herseqovinanın...
Milli Məclisin deputatları Ədliyyə...