17 mart 2025, bazar ertəsi Bakı, 14°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Bu gün qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib - YENİLƏNİB

16-03-2025
IMG

16 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunub.

DİM-dən verilən məlumarta görə, imtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri, 42 buraxılış rejimi əməkdaşı ayrılıb.

Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3‑ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

09:17

Bu gün, 16 mart 2025-ci il tarixində, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanının məqsədi və formatı

DİM-dən verilən məlumata görə, sınaq imtahanı, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq təşkil edilir. Bu imtahan vasitəsilə abituriyentlərə qəbul imtahanının strukturu və məzmunu ilə tanış olmaq imkanı yaradılır.

İmtahanın keçirildiyi şəhərlər və iştirakçı sayı

İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb və ümumilikdə 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 21 binada təşkil olunacaq.

İmtahanın başlanma vaxtı və buraxılış rejimi

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Abituriyentlər buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahan müddəti və cavabların qeyd edilməsi

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"nda qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

İmtahanın idarə edilməsi və nəzarətçilər

İmtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri və 42 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahana girmək üçün tələb olunan sənədlər

Abituriyentlər imtahan binasına daxil olmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin əsli
  • "İmtahana buraxılış vərəqəsi"

Göstərilən sənədlərdən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan və ya şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.

Paylaş: