18 mart 2025, çərşənbə axşamı Bakı, 12°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri təşkil edib

17-03-2025
IMG

Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində çıxış edib.

Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzulayıb.

İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh şəraitində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Bununla belə, dünyamızda İslam dininə qarşı çevrilən diskriminasiya, dini zəmində zorakılıq halları, islamofobiya meyilləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin belə çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması, keçmiş münaqişəyə son qoyulmasından sonra bölgəmizdəki dinamik inkişafdan ətraflı bəhs edib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib.

Postmünaqişə dövründə baş verən proseslər barədə danışan nazir Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbimiz bir daha vurğulanıb. Bu xüsusda ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək Ramazan ayı münasibətilə təbriklərini çatdırıb, eləcə də bu mübarək ayda Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmasından şərəf duyduğunu bildirib.

Sonra isə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb.

Paylaş: