Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib
Martın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir qonaqlara Azərbaycanın müdafiə sənayesinin inkişafı, ölkəmizdə istehsal olunan hərbi məhsullar haqqında danışıb, çağdaş dövrün tələblərinə uyğun istehsal müəssisələrinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanın müdafiə sənayesinin beynəlxalq səviyyədə böyük uğurlara imza atdığını diqqətə çatdırıb.
Z.Helez öz növbəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib, burada qonaqpərvərliklə qarşılandıqlarını bildirib.
O, ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsinin önəmli olduğunu vurğulayıb, Azərbaycanın müdafiə sənayesi qurumları ilə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Ordusunun mövqeləri gecə...
Azərbaycan Ordusunun mövqeləri Gorus və...
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd...
Azərbaycan Ordusunun mövqeləri...
Hərbi vəzifəlilərin təlim toplanışı başa...