1,2 milyon illik buz nüvələri araşdırılacaq
Antarktidada yaşı 1,2 milyon ildən çox olduğu deyilən buz nüvələri tapılıb.
Avropa Komissiyası tərəfindən dəstəklənən 'Beyond EPICA - Oldest Ice' layihəsinin internet saytında edilən açıqlamada, alimlərin buz nüvələrinin əmələ gəlməsi dövrlərində atmosfer qazları, toz və izotop kompozisiyalarını qeyd edərək Yerin 1,2 milyon ildən çox davam edən iqlim tarixini işıqlandırmağı planlaşdırdıqları bildirilib.Antarktidada aparılan araşdırmalar zamanı təxminən 2800 metr dərinlikdən çıxarılan buz nüvələrinin tədqiqat gəmisində mənfi 50 dərəcədə saxlanılan konteynerlərdə Avropaya daşındığı qeyd edilib.
Bildirilib ki, buz nüvələri aprel ayında İtaliyaya çatacaq, oradan Almaniyaya göndəriləcək və kiçik parçalara kəsilərək layihədə iştirak edən tədqiqat müəssisələrinin laboratoriyalarına paylanacaq.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...