Çindən maraqlı layihə: Sualtı kosmik stansiyası
Çin Cənubi Çin dənizində 2 min metr dərinlikdə yerləşəcək "sualtı kosmik stansiyası" layihəsini təsdiqləyib. Bildirilib ki, tədqiqat stansiyası təqribən 2030-cu ildə istifadəyə veriləcək və metanhidrat və nadir mineralların kəşfi üçün istifadə olunacaq.
Çin Elmlər Akademiyasının Cənubi Çin Dənizi Okeanoqrafiya İnstitutu layihənin Honq-Konqun şimal-qərbindəki Quançjou liman şəhərində həyata keçirildiyini və beş il ərzində “Soyuq Sızma Ekosistemi Tədqiqat Qurumu”nun tikintisini başa çatdırmağa ümid etdiklərini bildirib.
Cənubi Çin Dənizi Okeanoqrafiya İnstitutunun direktoru və layihənin rəhbəri Li Çaolun "Obyektə insanlı kosmik missiyalar və dərin dəniz sualtı qayıqları, eləcə də mədən əməliyyatlarından əldə edilən həyatı təmin edən sistemlər daxildir. Bu, alimlərə su altında nisbətən rahat mühitdə 30 günə qədər işləməyə imkan verir"-deyə bildirib.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...