İndoneziya parlamenti mübahisəli hərbi qanuna düzəlişləri təsdiqləyib
İndoneziya parlamenti ölkədəki hərbi qanunlarda aparılan ziddiyyətli dəyişiklikləri əhatə edən düzəlişləri təsdiqləyib. Yeni qanun hərbi vəzifəlilərə daha çox mülki vəzifələr ayırmağa imkan verir.
Mülki təşkilatlar xəbərdarlıq edir ki, bu addım dünyanın üçüncü ən böyük demokratiyasını keçmiş prezident Suhartonun hərbi rəsmilərin mülki idarəçilik üzərində geniş təsirə malik olduğu avtoritar “Yeni nizam” dövrünə qaytara bilər.
Məclis sədi Puan Maharani yekdilliklə qəbul edilmiş qanunun demokratiya və insan haqları prinsiplərinə uyğun olduğunu əsas gətirərək rəsmi olaraq təsdiqləyib.
Keçən ilin oktyabrında vəzifəsinin icrasına başlayan və Suharto dövründə xüsusi təyinatlıların komandiri vəzifəsini icra edən prezident Prabovo Subianto ordunun rolunu mülki sahələrdə də genişləndirib. Bu genişlənmə uşaqlar üçün pulsuz yemək proqramı kimi dövlət layihələrini də əhatə edir.
Lakin insan hüquqları qrupları ordunun mülki sahələrdə artan təsirini tənqid edərək, bunun hakimiyyətdən sui-istifadə və cəzasızlığa səbəb ola biləcəyini bildirir.
Hökumət qeyd edib ki, qanuna görə, hərbi zabitlər dövlət katibliyi və baş prokurorluq kimi qurumlarda vəzifə tutmazdan əvvəl ordudan istefa verməlidirlər.
Bundan əlavə, millət vəkillərindən biri hərbçilərin dövlət şirkətlərində vəzifə tuta bilməyəcəyini bildirərək, hərbçilərin ticarət fəaliyyəti ilə məşğul ola biləcəyi ilə bağlı narahatlığı aradan qaldırmağa çalışıb.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...