23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Dünyanın ən xoşbəxt ölkəsi -Finlandiya

20-03-2025
IMG

Finlandiya illik "Dünya Xoşbəxtlik Hesabatı"nda ardıcıl 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi oldu.

Oksford Universitetinin Rifah Araşdırma Mərkəzi “2025-ci ilin ən xoşbəxt ölkələri hesabatını” dərc edib. Finlandiya 147 ölkənin yer aldığı siyahıda birinci yeri tutub və ardıcıl 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub, üçüncü yerdə isə Danimarka, İslandiya və İsveç qərarlaşıb. ABŞ bu il yenidən siyahıda ilk 20-liyə daxil ola bilməyib. Ötən il 23-cü yerdə olan ölkə bu il 24-cü yerə düşüb. Kosta Rika və Meksika ilk dəfə olaraq ən xoşbəxt 10 ölkə arasında yer alıb. Dünyanın ən xoşbəxt 10 ölkəsi Finlandiya, Danimarka, İslandiya, İsveç, Hollandiya, Kosta Rika, Norveç, İsrail, Lüksemburq və Meksika olaraq  siyahıda yer alıb. 

Almaniya 22-ci, İngiltərə 23-cü, Fransa 33-cü, İspaniya 38-ci, İtaliya 40-cı yerdə qərarlaşıb. Əvvəlki ildə 98-ci olan Türkiyə bu il 94-cü yerə yüksəlib. Müharibənin davam etdiyi Ukrayna 105-ci yerdən 111-ci yerə enib, Rusiya isə 72-ci yerdən 66-cı yerə yüksəlib. Əfqanıstan isə 147-ci ölkə olaraq qərarlaşıb. 

Hesabata daxil olan ölkələrdə adambaşına milli məhsul, sosial dəstək, sağlam ömür uzunluğu, azadlıq, yardım fəaliyyətləri və korrupsiya nisbəti də qiymətləndirilib.

Paylaş: