24 mart 2025, bazar ertəsi Bakı, 7°C
IMG-LOGO

22 Mart Ümumdünya Su Günüdür

22-03-2025
IMG

Ümumdünya Su Günü hər il martın 22-də qeyd olunan bir gündür. İlk dəfə 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Konfransında təklif edilən “Ümumdünya Su Günü” həm BMT üzvlərinin, həm də digər dünya ölkələrinin artan təmiz su probleminə diqqəti cəlb etmək və içməli su ehtiyatlarının qorunması və artırılması istiqamətində konkret addımların atılmasını təşviq etmək məqsədi ilə bir günün bu ada həsr edilməsi məqsədi ilə yaradılmışdır. Təmiz su əldə etmək hüququnun ümumbəşəri insan hüququ olduğunu vurğulamaq, su ehtiyatlarının qorunması zərurəti barədə məlumatlılığı artırmaq və su böhranının qlobal problem olduğuna diqqət çəkmək üçün verilən bir qərar olsa da təəssüf ki, hazırda dünyanın bir çox yerində  bu haqqları pozulan insanlar, su qıtlığı yaşayan bölgələr var. Məsələn, Keniyanın paytaxtı Nayrobidə yaşayan bir çox insan hələ də su ehtiyaclarını primitiv sayıla biləcək üsullarla qarşılamağa çalışır.

Paylaş: