25 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Çinli tədqiqatçılar dil qabiliyyətini bərpa edə bilən beyin-cihaz interfeysi hazırlayırlar

23-03-2025
IMG

Çinli elm adamları tərəfindən hazırlanmış beyin-cihaz interfeysi (BMI) danışma qabiliyyətini itirən xəstəyə yenidən dil vasitəsilə ünsiyyət qurmağa imkan verib.
Çin Beyin Araşdırmaları İnstitutu Pekin Tibb Universitetinə bağlı Xuanwu Xəstəxanası və “NeuCyber NeuroTech” neyrotexnologiya şirkəti Pekində keçirilən mətbuat konfransında birgə hazırladıqları sistemin klinik nəticələrini paylaşıblar.

Çinli tədqiqatçılar tərəfindən hazırlanmış BKİ korteks transplantasiyası ilə danışma qabiliyyətini itirən xəstənin beyninə inteqrasiya edilib. Beləliklə, xəstənin dil vasitəsilə yenidən ünsiyyət qurması mümkün olub.

"NeuCyber Matrix BMI System" adlanan beyin-cihaz interfeysi iflic olan xəstələrə kompüterləri və robot qollarını hərəkət etdirmək üçün transplantasiya etməyə imkan verib. Klinik praktikada beyin transplantasiyası olan xəstələrdə BKİ kanallarının 98 faizinin əməliyyatdan sonra funksional olduğu müşahidə edilmişdir.

Bu ayın əvvəlində Xuanwu xəstəxanasında mərkəzi sinir sistemində motor hüceyrələrinin itirilməsi nəticəsində yaranan sinir sistemi xəstəliyi ALS səbəbiylə danışıq qabiliyyətini itirmiş (afaziya) xəstəyə sistem köçürülüb. BMI xəstəyə yenidən dil vasitəsilə ünsiyyət qurmağa imkan veib. 

Xəstə əməliyyatdan sonra  dili anlama təliminə başlayıb və onun Çin dilində tez-tez istifadə olunan 62 sözü anlamaqda dəqiqliyi ilk 3 saatın sonunda 34 % olub. Xəstənin başa düşmə dəqiqliyi isə 52 faizə yüksəlib.
Sistemin epilepsiya, insult, onurğa beyni zədələri, ALS və afaziya sahələrində digər klinik tətbiqlərlə inkişaf etdirilməsinin davam edəcəyi bildirilib.

Paylaş: