Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.
Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti
Türkmən xalqının Milli Lideri,...
Belarus Respublikasının Prezidenti...
Pakistan İslam Respublikasının Baş...
Gürcüstanın Baş naziri İrakli...
Özbəkistan Respublikasının Prezidenti...