26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Şuşada müqəddəs ramazan günlərində iftar çadırları qurulub

24-03-2025
IMG

Müqəddəs ramazan ayı münasibətilə "Nargis" Fondu tərəfindən 22-23 mart tarixlərində Şuşa şəhərində iftar çadırları qurulub. Burada bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar.

İki gün ərzində hər gün qonaqlara duru xörək, aşqara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edilib.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsində iştirak edə bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib.

Builki "İftar çadırları" layihəsi Şuşa şəhərində "Bank Respublika" və "Iticket.az" şirkətlərinin sponsorluğu ilə gerçəkləşmişdir. Bununla yanaşı, "Şuşa Hotel", Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi və Azərbaycan Dövlət Reklam Agentliyi təşkilati dəstək göstərmişdir.

Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini paylaşırlar.

Paylaş: