Papa Fransisk Vatikana qayıdır
Papa Fransiskin sağalması üçün ən yaxşı yerin Vatikan iqamətgahı olduğunu deyən həkimlərinin məsləhəti ilə beş həftədir sətəlcəmə görə xəstəxanada mualicə aldıqdan sonra bazar günü o, öz iqamətgahına qayıdıb.
Katolik Kilsəsinin 88 yaşlı liderinin səhhətinin kifayət qədər yaxşılaşdığını vurğulayan həkimlərdən biri Serxio Alfieri bununla belə, Papanın ən azı iki aylıq sağalma dövrü gözlədiyini bildirib.
Fransiskin fevralın 14-dən bəri xəstəxanada qalması onun papalıq dövründə ən uzun müddətli xəstəxana müalicəsi olub.
Vatikan çərşənbə günü elan edib ki, Papa artıq oksigen maskasına ehtiyac olmadan nəfəs ala bilir. Bununla belə, həkimlər Papanın tez bir zamanda normal işinə qayıtmasının mümkün olmadığını bildiriblər.
Ancaq qarşıdan gələn, xristian təqviminin ən müqəddəs dövrü olan Pasxa bayramına qədər dəvam edəcək dini tədbirlərin sıx cədvəlinə kimin rəhbərlik edəcəyi hələ də bəlli deyil.
Buna görə də, dünyadakı katoliklər və digər dindarlar Papanın tezliklə sağalması üçün dua edirlər.
Taylandda ənənəvi festivala hazırlıq...
ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...
Fransada iki kəşfiyyat təyyarəsi...
Göydəki sirli işıq...