Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik
Prezident Rəcəb Tayyib Ərdoğan Novruzun Türkiyədə rəsmi bayram elan olunmasına ümid etdiyini bildirib.
Fhnews.az xəbər verir ki, Ankarada hökumət iclasının yekunlarına dair keçirilmiş mətbuat konfransında çıxış edən Türkiyə lideri baharın gəlişi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə diqqət çəkib.
“Bu il Novruz ölkəmizdə xüsusi bayram ab-havasında qeyd olunub. Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik”, - deyə Ərdoğan bildirib və Novruzu bolluq, firavanlıq simvolu adlandırıb.
Onun sözlərinə görə, Türkiyə hökuməti cəmiyyətdə qardaşlığın və həmrəyliyin gücləndirilməsi üzrə səylərini davam etdirəcək. “Təfriqə və nifrət yaradan qüvvələrin maneələrinə baxmayaraq, Novruz gələcəkdə də Türkiyənin 85 milyonluq sakini arasında birliyə dəvət edən yeni ümidin simvolu olacaq”, - deyə Ərdoğan vurğulayıb.
Taylandda ənənəvi festivala hazırlıq...
ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...
Fransada iki kəşfiyyat təyyarəsi...
Göydəki sirli işıq...