Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir
Güləş üzrə Azərbaycan milli komandaları Avropa çempionatına hazırlığı davam etdirir.
Fhnews.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığması geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir.
Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.
Yunan-Roma və qadın güləşi üzrə yığmalar isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaqsa, yunan-Roma güləşçilərinin toplanışı bu gün başlayıb. “Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
Azərbaycan Karate Federasiyası Dünya...
Azərbaycanın güləş yığmaları Avropa...
Azərbaycan gimnastları Dünya Kubokunda...
Azərbaycan Berlində keçirilən boks...
Azərbaycanın U-21 millisi Moldovaya...