24 mart 2025, bazar ertəsi Bakı, 6°C
IMG-LOGO

Filippində itkin düşən alman turistlər tapılıb

23-03-2025
IMG

Filippində günlərdir axtarılan alman turistlərdən ibarət qrup tapılıb.

Fhnews.az “Stern” jurnalına istinadla xəbər verir ki, axtarış-xilasetmə qrupları bu gün səhər turistlərin izinə düşərək onları əsas marşrutdan xeyli uzaqda yerləşən su elektrik stansiyasının yaxınlığında aşkar ediblər.

Qrupda iki alman, bir kanadalı və bir rus turist olub. Onların vəziyyəti sabit olsa da, tibbi müayinədən keçiriləcəklər.

Qrupun Almaniya və Britaniyadan olan iki üzvü ötən gün Talinis vulkanı yaxınlığında çətin keçilən ərazidə tapılmışdı. Hazırda yerli hakimiyyət orqanları altı turistin niyə bələdçisiz səfərə çıxdığını araşdırır. Çünki həmin ərazidə bələdçisiz hərəkət etmək qadağandır və turistlər səfərdən öncə yerli turizm idarəsi ilə əlaqə saxlamalıdırlar.

Turistlər məşhur Balinsasayao “Twin Lakes” Milli Parkında gəzinti zamanı itkin düşüblər. Onlar sadəcə birgünlük yürüş planlaşdırdıqları üçün kifayət qədər ərzaq götürməyiblər. Axtarış əməliyyatı olduqca geniş ərazidə çətin şəraitdə aparılıb. Filippin adaları əsasən tropik çimərlikləri ilə tanınsa da, təbiətsevərlər, yürüş həvəskarları və dağ turizmini sevən turistlər də tez-tez buraya səfər edirlər.

Paylaş: