Tatu etdirmə xərçəng riskini artırır
Alimlər müəyyən ediblər ki, döymə mürəkkəbinə məruz qalan insanların tatuirovkası olmayanlara nisbətən limfa və dəri xərçənginə tutulma ehtimalı daha yüksəkdir. “Science Daily”nin məlumatına görə, Cənubi Danimarka Universiteti və Finlandiyanın Helsinki Universitetinin alimləri döymə mürəkkəbinin bədənə təsirini araşdırmaq üçün təxminən 5900 əkiz qardaşın sağlamlıq məlumatlarını araşdırıblar.
Genetik fərqləri minimuma endirmək üçün əkizlər üzərində aparılan araşdırmalara görə, tədqiqatçılar tatuajlı insanlarda dəri xərçəngi riskinin heç bir döyməsi olmayanlara nisbətən 1,62 dəfə yüksək olduğunu ortaya qoyublar. Tədqiqat mürəkkəb rənginin xərçəngin inkişafı ilə birbaşa əlaqəli olmadığını müəyyən edib.
Tədqiqatçılar döymə mürəkkəbindəki kiçik hissəciklərin qan dövranına daxil ola biləcəyini və limfa düyünlərində toplana biləcəyini, immunitet sistemini gərginləşdirdiyini və uzun müddətdə xərçəng riskini artıra biləcəyini söyləyib.
Onlar döymə mürəkkəbinin təkbaşına risk faktoru sayıla bilməyəcəyini anlamaq üçün daha geniş araşdırmalara ehtiyac olduğunu ifadə edərək, yüksək səviyyəli qurumları mövzu ilə bağlı yoxlamaları gücləndirməyə çağırıblar.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...