Xərçəngə ən çox meylli olan qan qrupları məlum olub
50 min iştirakçının araşdırıldığı yeni bir araşdırmada məlum olub ki, A, B və ya AB qan qrupu olanlarda mədə xərçəngi riski O qan qrupu olanlardan 55 faiz yüksəkdir. “Daily Mail”də çıxan xəbərlərdə A, B və ya AB qan qrupu olan insanların bəzi ölümcül xərçəng növlərinə tutulma riskinin daha yüksək olduğu müəyyən edilmişdir.
Digər tərəfdən, 0 mənfi və ya 0 müsbət qan qrupunun olmasının mədəaltı vəzi xərçənginə qarşı müəyyən qədər qorunma təmin edə biləcəyi ifadə edilib. Alimlər qan qrupu A olan insanların bağırsaq xərçənginə tutulma ehtimalının yüksək olduğunu vurğulayıblar. Təxminən 18 min insan üzərində aparılan başqa bir araşdırma, AB qan qrupu olan insanların qaraciyər xərçəngi riskinin yüzdə 45 daha yüksək olduğunu göstərib.
İngiltərədə ən çox yayılmış qan qruplarına O müsbət, A müsbət və A mənfi daxildir. AB mənfi ən nadir qan qrupudur və əhalinin yalnız 1 faizini təşkil edir.
Mütəxəssislər müəyyən qan qruplarının həzm sistemi xərçənginin inkişaf riskini niyə artırdığına dair dəqiq bir nəticəyə gələ bilmirlər.
Bəzi elm adamları məlumatların düzgünlüyünün müzakirəyə açıq olduğunu iddia edir və tədqiqatlarda iştirak edənlərin sayının az olduğunu və alkoqol istehlakı və ya siqaret kimi risk faktorlarının çox vaxt nəzərə alınmadığını bildirirlər.
Norveçdə İkinci Dünya müharibəsi dövrünə...
Cənubi Koreyada güclü meşə yanğınları...
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə...
Asiya qitəsi 2025-ci il Dünya Saatı...
Qrenlandiyanın buz təbəqəsi təhlükə...