Martın 19-20-də paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb
Ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, gücləndirilmiş rejimin iki günü ərzində rekord göstəricilər qeydə alınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişin daşınıb.
Gücləndirilmiş rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib.
Sərnişinlərin 48 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bəzi yerlərdə yağıntılı hava şəraiti...
ADY-də çirkli suların təkrar istifadəyə...
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün...
Yağış yağacaq, dolu düşəcək, külək...
Yanvar-fevral aylarında sosial sahə ilə...