Dünyada hər 5 nəfərdən 1-i iqlim dəyişikliyinin təsirini hiss edir
Müstəqil elm təşkilatı "Climate Central" 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər iqlim dəyişikliyinin təsirləri haqqında hesabat dərc edib.Sözügedən dövrdə kömür, benzin və metan qazı emissiyalarının hava istiliyinə təsirlərinin araşdırıldığı hesabatda 220 ölkə və 940 şəhərdə orta hava istiliyi əsas götürülüb.
Hesabatda dünyada hər 5 nəfərdən 1-nin bu dövrdə qeyri-adi temperaturlar yaşadığı və bununla da insanların yaratdığı iqlim dəyişikliyinin təsirlərini öz gözləri ilə hiss etdiyi ortaya çıxıb.
Hesabatda bu dövr ərzində dünyada 394 milyon insanın riskli isti hava ilə üzləşdiyi və bu insanların 74 faizinin Afrikada yaşadığı bildirilib.
Məlumata görə, 2025-ci il fevralın 28-də dünya əhalisinin təxminən 37 faizini təşkil edən 3 milyard insan riskli isti hava ilə üzləşib.
Vyetnamın üzən bazarları...
İqlim dəyişikliyinin təsirləri 2024-cü...
Pakistan və Əfqanıstan arasında sərhəd...
Rusiyada çaylarda buzların əriməsi...
İspaniyada daşqın...