Pakistan və Əfqanıstan arasında sərhəd keçid məntəqəsi yenidən açılıb
Pakistan və Əfqanıstan arasında münaqişə səbəbindən fevralın 21-də bağlanan Torkham Sərhəd Qapısı yenidən açılıb. Sərhəd qapısının açılması ilə iki ölkə arasında ticarətin bərpa olunduğu bildirilib.
“Dawn” qəzetinin məlumatına görə, Pakistan rəsmiləri sərhəd qapısındakı hadisələrlə bağlı açıqlama verib. Səlahiyyətlilər tərəflərin iştirakı ilə keçirilən görüşdən sonra sərhəd qapısının açılmasına qərar verildiyini açıqlayıb və buradan aparılan ticarətin yenidən başladığını qeyd edib.
Rəsmilər bildiriblər ki, hazırda yük daşıyan avtomobillər üçün açıq olan Torkham Sərhəd Qapısı da bölgədəki münaqişələr nəticəsində zədələnmiş infrastrukturun təmirindən sonra martın 21-də piyadaların üzünə açılacaq.
Sərhədin hər iki tərəfində mübahisəli keçid məntəqəsi tikintisinin dayandırılması ilə bağlı razılığa gəlindiyini bildirən rəsmilər, aprelin 15-dək qüvvədə olacaq fövqəladə atəşkəs haqqında da razılıq əldə olunduğunu bildiriblər.
Vyetnamın üzən bazarları...
İqlim dəyişikliyinin təsirləri 2024-cü...
Pakistan və Əfqanıstan arasında sərhəd...
Rusiyada çaylarda buzların əriməsi...
İspaniyada daşqın...