Çin alimləri altı ayaqlı robot hazırlayıblar
Çin alimlərinin altı ayaqlı kosmik mədən robotu hazırladıqları açıqlanıb.
Çin Mədən və Texnologiya Universitetinin professoru Liu Xinhuanın rəhbərlik etdiyi tədqiqat qrupu məşhur insanabənzər robotlar və robot itlərdən fərqli struktura malik yeni robot hazırlayıb.
Tədqiqatçılar həşəratların hərəkətindən ilhamlanaraq hazırladıqları yeni “kosmik mədən robotu”nun mikroqravitasiya mühitində işləmək üçün nəzərdə tutulduğunu qeyd ediblər. Ayda və asteroidlərdə mineral kəşfiyyat və çıxarma işlərində istifadə edilməsi nəzərdə tutulan robotun 3 təkər və 3 pəncədən ibarət 6 ayağı sayəsində asteroidlərin səthinə sabitlənə və qayalıq ərazilərdə asanlıqla hərəkət edə bildiyini ifadə edən tədqiqatçılar mikroqravitasiya simulyasiyası təcrübələrini uğurla həyata keçirdiklərini bildiriblər.
Artıq patent müraciəti edilən robot gələcək ulduzlararası mədənçilik üçün yol açmaq məqsədi daşıyır.
ÜMT: Ötən il qeydə alınan rekord istilər...
ABŞ ildə 12 min insanabənzər robot...
ABŞ-da Azadlıq heykəlinin sirrli...
Çin alimləri altı ayaqlı robot...
Hələb Beynəlxalq Hava Limanı yenidən...