ABŞ-da Azadlıq heykəlinin sirrli faktları
Dünyanın ən məşhur simvollarından biri olan Azadlıq Heykəli öz tarixində sirli detalları ilə diqqət çəkir. Fransa heykəli təmsil etdiyi dəyərlərə zidd siyasətinə görə Amerikadan geri istəsə də, tacdakı 7 sünbülün arxasındakı məna maraq mövzusu olub.
Avropa Parlamentinin fransalı üzvü Raphael Glucksmann Trampın siyasətinin Azadlıq Heykəlinin simvolizə etdiyi dəyərlərə zidd olduğunu bildirib və ABŞ-dan bu heykəli Fransaya geri göndərməsini tələb edib.
Fransız heykəltəraş Auguste Bartholdi tərəfindən dizayn edilmiş Azadlıq Heykəli 1886-cı ildə Amerika Müstəqillik Bəyannaməsinin 100 illiyi şərəfinə ABŞ-a hədiyyə edilib və o vaxtdan Nyu-Yorkda azadlıq simvoluna çevrilib.
Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.
Heykəlin başındakı tacın 7 guşəli ucu yer üzündə 7 qitəni və ya 7 dənizi simvolizə edir. Heykəlin hündürlüyü 46 metr, altlığı ilə birlikdə ümumi hündürlüyü isə 93 metrə çatır. Ziyarətçilər heykəlin içindən başlayaraq məşələ qədər qalxan 168 pillədən istifadə edərək bu nəhəng quruluşu ziyarət edə bilərlər.
Onun məşəli tutan sağ əlinin hündürlüyü 13 metrdir və dəhlizlərdə eyni vaxtda 15 nəfər onun ətrafında gəzə bilər. Heykəlin başının eni 2 metr, hündürlüyü isə tacı ilə birlikdə 5 metrdir. Bu ikonik quruluşu modelləşdirən şəxs Singer tikiş maşınlarının yaradıcısı İsaak Singerin dul arvadı İzabelle Eugenie Boyerdir.
Heykəllə bağlı maraqlı faktlardan biri onun Süveyş kanalının inşası üçün Osmanlı İmperiyası altındakı Misirin Xidivi Səid Paşa ilə imzaladığı müqaviləyə əsasən, ilk dəfə 1860-cı illərdə Port Səid Limanına qoyulması planı olub. Lakin Osmanlı Sultanı Əbdüləzizin heykəlin ucaldılmasının yerli iğtişaşlara səbəb ola biləcəyindən narahat olması səbəbindən bu plan ləğv edilir və heykəl Parisdəki anbara aparılır.
1885-ci ildə Fransa hökuməti ABŞ-la dostluq əlaqələrini gücləndirmək üçün heykəl ucaltmaq qərarına gəlir və həmin heykəltəraş Frederik Oqust Bartholdiyə yenidən müraciət edilir. Anbarda olan heykəl Bartholdi və Qustav Eyfel (Eyfel qülləsinin mühəndisi) tərəfindən bəzi dəyişikliklərlə yenidən düzəldilərək Nyu-Yorkun Azadlıq adasında ucaldılır.
ÜMT: Ötən il qeydə alınan rekord istilər...
ABŞ ildə 12 min insanabənzər robot...
ABŞ-da Azadlıq heykəlinin sirrli...
Çin alimləri altı ayaqlı robot...
Hələb Beynəlxalq Hava Limanı yenidən...