19 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Okean dibində güclü qasırğa izi aşkarlanıb

19-03-2025
IMG

Qasırğaların quruya, yerüstü və dəniz infrastrukturuna mənfi təsiri geniş şəkildə öyrənilib. Məlum olub ki, onlar dənizin dərinliklərində də izlər qoyur.

Fhnews.az xəbər verir ki, Çikaqo Universitetinin dəniz biologiyası laboratoriyasından okeanoqraf və biogeo-kimyaçı Rut Pedrosa-Pamiyesin rəhbərlik etdiyi alimlər aşkar etdikləri qasırğaların izlərini “Journal of Geophysical Research-Oceans” jurnalında təsvir ediblər.

Bermud adalarından təxminən 75 kilometr cənub-şərqdə, Sarqas dənizinin dibində yerləşən və hər iki həftədə bir məlumat toplayan unikal sualtı eksperiment platformasının məlumatları araşdırmaların aparılması üçün əsas olub.

Məlum olub ki, "Fabian" qasırğası (2003) cəmi iki həftə ərzində dəniz dibinə bir il ərzində yığılan çöküntü qədər material gətirib. Əsasən karbonatlarla zəngin olan bu material rif platformalarının inkişaf etmiş ekosistemində formalaşır və karbonu udaraq minilliklər boyu saxlaya bilir, həmçinin atmosferdə CO2 konsentrasiyasının artması ilə yaranan okean turşulaşmasını kompensasiya edərək bufer effekti yaradır.

"Və bu yalnız karbonatlarla məhdudlaşmır. Qasırğa həmçinin fosfor, litogen minerallar və qurğuşun kimi çirkləndirici maddələr də daxil olmaqla müxtəlif materiallar da daşıyır," – deyə Pedrosa-Pamiyes bildirib.

Alimin sözlərinə görə, bütün qasırğalar eyni təsir göstərmir: "Bu, əsasən, qasırğanın xüsusiyyətlərindən, okeanın dərinliyindən və üst qatlarının şəraitindən asılıdır."

Məsələn, "İqor" qasırğası (2010) "Fabian"dan fərqli olaraq, okeanı bir neçə həftə ərzində qarışdırıb.

"Bu, mühüm nəticədir, çünki hissəciklərin ekosistem və su qatında uzun müddət qala biləcəyini sübut edir. Mən əminəm ki, bu, müxtəlif dərinliklərdə mikrobioma, hissəciklərin çöküntü və aqreqasiya sürətinə təsir göstərir," – deyə tədqiqatçı vurğulayıb.

Onun fikrincə, "Fabian" və "İqor" qasırğalarının təsiri qlobal miqyasda böyük olmasa da, bu araşdırmalar güclü fırtınalar zamanı çöküntülərin fundamental daşınma mexanizmini anlamaq baxımından vacibdir. Çünki bu proseslər okeanda karbonun saxlanılmasında və turşulaşmanın azalmasında mühüm rol oynayır.

1978-ci ildən fəaliyyət göstərən sualtı observatoriya bu sahədə ən uzunmüddətli müşahidələrdən biridir. Pedrosa-Pamiyes bildirib ki, belə bir platforma olmasaydı, qasırğalar kimi epizodik hadisələrin öyrənilməsi mümkün olmazdı: "Fırtına zamanı orada olmaq, dalğalar və güclü küləklər altında hissəciklər toplamaq qeyri-mümkündür".

Bundan əlavə, platformanın yerləşdiyi yer də olduqca əlverişlidir: "Bermud adaları dünyanın şimalda yerləşən ən subtropik mərcan rifi və karbonat platformasıdır və onlar mütəmadi olaraq qasırğalara məruz qalır," – deyə alim sözlərini tamamlayıb.

Paylaş: