Azərbaycanda 2021-2024-cü illərdə sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb
Sahibkarlar tərəfindən 2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb, 865 daimi iş yeri yaradılıb.
Fhnews.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür.
Sənaye zonalarının fəaliyyəti ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.
Kür çayından götürülən su necə...
Azərbaycanda 2021-2024-cü illərdə sənaye...
ASCO-da İqlimlə Əlaqəli Korporativ...
Energetika Nazirliyində kollegiya iclası...
“AzərEnerji” bayramla bağlı...