Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
Martın 20-dən 31-dək olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Mərkəzi Bankdan verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 30 poçt filialı və şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
Banklar - https://uploads.cbar.az/press-releases/046ea175d0808c24cff95ca15.pdf
“Azərpoçt MMC - https://uploads.cbar.az/press-releases/fda46b8b074a19358596848be.pdf
Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/c8adadb969b53134172e58057.pdf
ANAMA-da Bosniya və Herseqovinanın...
Milli Məclisin deputatları Ədliyyə...
Prezident İlham Əliyev Dövlət Miqrasiya...
Dənizkənarı Milli Parkda “Battle 4...
Bakıda və Abşeron yarımadasında 32...