Ötən il ölkənin xalis maliyyə aktivləri artıb
Cari il üzrə ölkənin xalis maliyyə aktivləri 2 milyard 707,6 milyon dollar artıb.
Fhnews.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (742,4 milyon dollar), portfel investisiyaları (700,4 milyon dollar) və digər investisiyalar (1 milyard 264,8 milyon dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 293,5 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-226,5 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,9 milyon dollar) və digər investisiyalar (-1 milyard 563,9 milyon dollar) hesabına formalaşıb.
Maliyyə Nazirliyində kollegiya iclası...
bp-nin Azərbaycanda icraçısı olduğu...
“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin...
bp şirkəti ilə əməkdaşlığın...
Səkkiz avtobus marşrutunun hərəkət sxemi...