Məktəbəqədər və ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsinə qeydiyyat başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri / kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir.
BŞTİ-dən verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər aprelin 6-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.
Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinə dair elanla isə buradan tanış ola bilərsiniz.
Yeni ali təhsil proqramları ilə əlaqədar...
Bizi birləşdirən Novruz - beynəlxalq...
DİM-in İdarə Heyətinin sədri “Yüksəliş”...
Ədəbiyyat İnstitutunun qarşısında duran...
Bakı Mühəndislik Universitetində Novruz...