Şimal bölgəsindən 619 şagird riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal turuna çıxıb
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 619 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna vəsiqə qazanıb.
Fhnews.az xəbər edir ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında uğur qazanan 229 nəfərdən 69-u Xaçmaz, 59-u Quba, 30-u Qusar, 37-si Siyəzən, 34-ü Şabran məktəblisidir.
Məktəblilərarası fənn müsabiqələrində isə şimal bölgəsindən 390 şagird uğur qazanıb. Ən çox (182 şagird) riyaziyyat fənni üzrə yarımfinal turuna vəsiqə əldə edilib.
Yarımfinal mərhələsi aprelin 27-də təşkil ediləcək.
Çernobıl qəzasında zərər çəkənlərin...
On üç qanun “Qiymətləndirmə fəaliyyəti...
Respublika Endokrinoloji Mərkəzinin...
Bayram günlərində banklar və “Azərpoçt”...
Qatarların sürətinə dair məhdudiyyətlər...