18 mart 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

FAO quş qripi virusunun sürətlə yayılması ilə bağlı xəbərdarlıq edib

18-03-2025
IMG

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) martın 17-də xəbərdarlıq edib ki, yüksək yoluxucu xassələrə malik olan quş qripi virusu - H5N1-in sürətlə yayılması görünməmiş miqyasda olub və bütün dünyada yüz milyonlarla quşu məhv edib, habelə tədricən bütün məməlilərə sıçrayıb.

Fhnews.az BMT-nin saytına istinadla xəbər verir ki, Romada üzv dövlətlər üçün brifinq təşkil edən FAO rəsmiləri epidemiyanın qarşısını almaq üçün biotəhlükəsizliyi, nəzarəti və sürətli reaksiya mexanizmlərini gücləndirmək üzrə təcili tədbirlər görməyə çağırıblar.

FAO Baş direktorunun müavini Qodfrey Maqvenzi vurğulayıb ki, böhran ölkələrdə qida təhlükəsizliyi və ərzaq təminatına ciddi təsir göstərəcək, o cümlədən normal qidalanma üzrə problemlər yaradacaq, kənd yerlərində iş və gəlir itkisi, yerli iqtisadiyyatlara zərbələr və əlbəttə ki, istehlakçılar üçün xərclərin artması ilə nəticələnəcək.

Təşkilatın nümayəndələri bildiriblər ki, milyonlarla insanın ət və yumurta üçün quş ətinə güvəndiyi bir şəraitdə əsas vəzifə təkcə virusun qarşısını almaq deyil, həm də qida istehsal sistemlərini qorumaqdır. Belə ki, epidemiyanın iqtisadi təsiri bütün dünyada da hiss olunur. Məsələn, ABŞ İstehlakçı Qiymətləri İndeksinə görə, fevral ayı ərzində ABŞ-da yumurta qiymətləri rekord həddə çatıb və fermerlər quş qripi yayıldığı üçün indiyə qədər ümumilikdə 166 milyondan çox quş, əsasən də yumurta verən toyuqları kəsməyə məcbur olublar. Son xəbərlərə görə, bu il ABŞ-da 30 milyondan çox quş məhv edilib.

FAO Baş direktorunun müavini Bet Beçdol qlobal, əlaqələndirilmiş cavab tədbirlərinə ehtiyac olduğunu vurğulayaraq, H5N1-ni heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi “sərhədsiz” təhlükə adlandırıb. Onun sözlərinə görə, böhranı həll etmək üçün FAO və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) yüksək patogenli quş qripinin qarşısının alınması və ona nəzarət üzrə onillik qlobal strategiyanın həyata keçirilməsinə başlayıb. “Bir zəncir yalnız onun ən zəif halqası qədər güclüdür”, -deyə Beçdol bildirib.

Son dörd il ərzində H5N1 yeni bölgələrə yayılaraq ev quşlarında böyük itkilərə səbəb olub, qida tədarükünü pozub və quş ətinin qiymətlərini artırıb. 2021-ci ildən bəri ən azı 300 yeni vəhşi quş növü virusdan təsirlənərək biomüxtəliflik üçün ciddi təhlükə yaradır.

FAO virusun yayılmasının qarşısını almaqda ölkələrə kömək etmək məqsədilə qlobal monitorinq, məlumat mübadiləsi və texniki rəhbərliyə sadiqliyini bir daha təsdiqləyib. Təşkilat, həmçinin bu məsələdə özəl sektorun, xüsusən də peyvəndlərin, diaqnostikanın və yüksəkkeyfiyyətli heyvan sağlamlığı xidmətlərinin hazırlanmasında iştirakın vacibliyini vurğulayıb.

Brifinq, həmçinin Dünya Bankının ev sahibliyi etdiyi Pandemiya Fondu çərçivəsində maliyyələşdirmə təklifləri üzrə üçüncü çağırışı da əhatə edib. FAO son iki il ərzində gələcək epidemiyaların qarşısını almaq üçün xəstəliklərə nəzarətin, erkən xəbərdarlıq sistemlərinin və səhiyyə infrastrukturunun gücləndirilməsinə yönəlmiş Pandemiya Fondu layihəsinə birgə rəhbərlik edib.

Paylaş: