Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb
Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 59-a yüksəlib.
Fhnews.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.
Nazir faciə nəticəsində 155 nəfərin yaralandığını, onlardan 152-nin xəstəxanaya yerləşdirildiyini qeyd edib. Faciə qurbanlarının yaşlarının 14-25 arasında olduğu bildirilib.
Səhiyyə naziri Arben Taravari vəziyyəti ağır olan 20 yaralının müalicə üçün xaricə göndəriləcəyini deyib.
Şimali Makedoniya hökumət faciəsi ilə əlaqədar bir həftəlik milli matəm elan etməyə hazırlaşır.
Harvard Universiteti illik gəliri 200...
Süni intellektdən istifadə edən...
Qazaxıstan Xəzər dənizində hərbi təlim...
Gözün ilk süni qüzehli qişası yaradılıb...
İsveçrədə kiçik təyyarənin qəzaya...