On üç qanun “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğunlaşdırılır
“Qiymətləndirmə fəaliyyəti haqqında” 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilir.
Fhnews.az xəbər verir ki, bu məsələ parlamentin martın 18-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihədə on üç qanunun qiymətləndirmə məsələlərini tənzimləyən müddəalarının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun ayrı-ayrı normalarına uyğunlaşdırılması təklif olunub. Dəyişikliklər əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların qiymətinin müəyyənləşdirilməsinin yeni tənzimlənmələrini ehtiva edir.
Dəyişikliklərin digər bir istiqaməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda istifadə olunan “qiymətləndirici” və “qiymətləndirici təşkilat” anlayışlarına uyğunlaşdırma xarakteri daşıyır. Üçüncü istiqamət isə digər bir sıra uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi ilə bağlıdır.
Müzakirələrdən sonra qanun layihəsi bir oxunuşda təsdiqlənib.
ANAMA-da Bosniya və Herseqovinanın...
Milli Məclisin deputatları Ədliyyə...
Prezident İlham Əliyev Dövlət Miqrasiya...
Dənizkənarı Milli Parkda “Battle 4...
Bakıda və Abşeron yarımadasında 32...